Avropada inflyasiya təhlükəsi səngimir: 2026-cı il üçün yeni proqnozbackend

Avropada inflyasiya təhlükəsi səngimir: 2026-cı il üçün yeni proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrozonada inflyasiyanın 2026-cı ilin sonunadək Avropa Mərkəzi Bankının (AMB) 2 faizlik hədəfinə qayıtması ehtimalı azdır.

AMB-nin baş iqtisadçısı Filip Leyn bildirib ki, qiymət artımının ilin qalan hissəsində təxminən 3 faiz səviyyəsində qalacağı gözlənilir. Onun sözlərinə görə, bu proqnoz Yaxın Şərqdəki münaqişənin enerji qiymətlərinə təsiri ilə bağlıdır və vəziyyət böhranın necə inkişaf edəcəyindən asılı olaraq dəyişə bilər.
Avrozonada illik inflyasiya iyul ayında 2,9 faizə yüksəlib.

Bu göstərici AMB-nin 2 faizlik hədəfindən əhəmiyyətli dərəcədə yüksəkdir. Enerji qiymətlərinin bahalaşması isə inflyasiya təzyiqlərinin əsas amillərindən biri olaraq qalır.
Leyn həmçinin bildirib ki, ərzaq qiymətləri gələn il inflyasiyanın əsas hərəkətverici amillərindən birinə çevrilə bilər.

AMB-nin inflyasiya və pul siyasəti ilə bağlı yeni proqnozlarını sentyabr ayında açıqlaması gözlənilir.

İqtisadçı faiz dərəcələrinin gələcəkdə artırılıb-artırılmayacağı ilə bağlı konkret açıqlama verməyib. Bununla belə, bazarlarda bu il AMB tərəfindən daha bir faiz artımının mümkünlüyü gözlənilir.

//Samir Qurbanov, Editor.az