ABŞ Prezidenti Donald Tramp İranla Hörmüz boğazında gəmiçiliyin idarə olunması ilə bağlı razılaşmaya hazırlaşan Omana qarşı hərbi zərbə endirməklə hədələyib.
Associated Press-in məlumatına görə, iki regional rəsmi Trampın Maskatın Tehranla danışıqlarından narazı olduğunu bildirib. Vaşinqton İran və Oman arasında hazırlanmaqda olan razılaşmanın bəzi müddəalarına, o cümlədən Hörmüz boğazının çıxış hissəsinin birgə idarə olunmasına qarşı çıxır.
Məlumata görə, Tramp Oman ABŞ-ın Hörmüz boğazının açılması istiqamətindəki səylərinə mane olarsa, ölkəyə zərbə endirilə biləcəyinə dair xəbərdarlıq edib. ABŞ prezidenti daha əvvəl də Omanla bağlı sərt açıqlamalar verib.
İran və Oman isə boğazdan keçən gəmiçiliyin bərpası və idarə olunması ilə bağlı razılaşmanın yekunlaşdırılması üzərində çalışır. Hörmüz boğazının tam açılması Vaşinqtonun əsas tələblərindən biri olaraq qalır.
Hörmüz boğazında vəziyyətin gərginləşməsi fonunda gəmi hərəkətləri də kəskin azalıb. Associated Press-in məlumatına əsasən, son həftə ərzində boğazdan təsdiqlənmiş keçidlərin sayı 19,5 faiz azalaraq 95-ə düşüb.
//Samir Qurbanov, Editor.az

