İranda ABŞ rəsmilərinə sərt ittiham: “Klounlar komandası”backend

İranda ABŞ rəsmilərinə sərt ittiham: “Klounlar komandası”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf ABŞ-ın maliyyə naziri Skott Bessent və müdafiə naziri Pit Hegseti sərt şəkildə tənqid edib.

Qalibaf sosial şəbəkə hesabında paylaşdığı açıqlamada ABŞ-ın İrana qarşı təzyiqləri artırmaqla daha əvvəl razılaşmanın tərkib hissəsi olmayan güzəştlərə nail olmağa çalışdığını bildirib.

İran parlamentinin spikeri Bessent və Hegseti “klounlar komandası” adlandıraraq onların İrana qarşı təzyiq siyasətini tənqid edib.

Qalibafın sözlərinə görə, Vaşinqtonda daha güclü təzyiqin Tehranı əlavə güzəştlərə məcbur edəcəyinə dair yanlış təsəvvür formalaşıb.

Onun bu açıqlaması ABŞ və İran arasında gərginliyin davam etdiyi bir vaxtda səslənib. ABŞ rəsmiləri daha əvvəl Tehrana qarşı iqtisadi təzyiqlərin gücləndiriləcəyini açıqlamışdılar.

//Samir Qurbanov, Editor.az