“Ayfon 18”-in Bakıda satışı ilə bağlı detallar açıqlandı – Qiymətlər…backend

“Ayfon 18”-in Bakıda satışı ilə bağlı detallar açıqlandı – Qiymətlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ayfon 18” modellərinin təqdimatından sonra həmin telefonun Azərbaycanda satışı məsələsi gündəmə gəlib. Yeni modellərin bəzi versiyalarının qiymətinin 6-9 min manat aralığında olacağı deyilir. Həmin modellərin tezliklə Azərbaycanda da satışa çıxacağı açıqlanıb.

Dünyada müəyyən qiymət seqmentində satılan cihazların ölkəmizdə bu qədər baha təklif edilməsinin səbəbi nədir?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hər bir ölkəyə ixrac olunan məhsulun üzərinə müəyyən əlavə dəyərlər gəlir:

“Ayfon modeli də bu qəbildəndir. Ayfonun istehsal olunduğu ölkə Amerikadır və Azərbaycana idxal olunduqda üzərinə nəqliyyat, logistika xərcləri, gömrük rüsumları əlavə olunur. Bu da hazırda ölkəmizdə faizlə yanaşı, satıcıların marjalarının da əlavə edilməsinə səbəb olur. Nəticədə ilkin qiymətlə müqayisədə 50 faizdən çox qiymət artımı yaranır. Bu, idxal olunan məhsullara həmişə daxil olan xərclərdir”.

İqtisadçı bildirib ki, “Ayfon”un qiymətinin formalaşması nəqliyyat və digər əlavə xərclərin onun maya qiymətinin üzərinə əlavə edilməsi ilə bağlıdır və bu, böyük rəqəmdir:

“Əlbəttə ki, bu cür məhsullar daha çox büdcəsi və maliyyə imkanları olan insanlar üçün əlçatandır. Bəzi insanlar bu məhsulları kreditlə əldə edirlər. Təəssüf ki, idxal olunan avadanlıqların hər birində ölkəmizə daxil olarkən müəyyən əlavə dəyərlər formalaşır”.

Qeyd edək ki, ABŞ-da “Ayfon 18 Pro” modelinin qiyməti 1199 dollardan, flaqman “Ayfon 18 Pro Max”ın qiyməti isə 1299 dollardan başlayır.

İlkin məlumata görə, iPhone 18 Pro Max-ın 256 GB yaddaşa malik versiyası 6 499 manata təklif olunacaq. 512 GB modelin qiyməti 6 999 manat, 1 TB versiyanın qiyməti 7 499 manat, 2 TB yaddaşa malik modelin qiyməti isə 8 999 manat olacaq.

iPhone 18 Pro üçün isə 256 GB versiyaya 6 199 manat, 512 GB versiyaya 6 699 manat, 1 TB versiyaya 7 499 manat, 2 TB versiyaya isə 8 699 manat qiymət müəyyənləşdirildiyi bildirilir. Lakin bunların dəqiq qiymətlər olmadığı vurğulanır.

Globalinfo.az