ABŞ və Körfəz ölkələri Hörmüz boğazında tranzit rüsumlarının tətbiqinə qarşı çıxıblarbackend

ABŞ və Körfəz ölkələri Hörmüz boğazında tranzit rüsumlarının tətbiqinə qarşı çıxıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Körfəz Əməkdaşlıq Şurasının (GCC) nümayəndələri Hörmüz boğazında tranzit rüsumlarının tətbiqinə qarşı birgə bəyanatla çıxış ediblər.

Editor.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Hörmüz boğazında gəmilərin sərbəst və maneəsiz hərəkətinin təmin edilməsi həm regional, həm də qlobal sabitlik baxımından strateji əhəmiyyət daşıyır. Tərəflər bu marşrutdan istifadə edən gəmilərdən əlavə ödəniş və ya rüsum alınmasına yönəlmiş hər hansı təşəbbüsü qəbuledilməz hesab etdiklərini bildiriblər.

Bununla yanaşı, iştirakçılar bölgədə çətin vəziyyətdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə yönəlmiş Oman Sultanlığı və Beynəlxalq Dəniz Təşkilatının humanitar missiyasına dəstəklərini ifadə ediblər.

Görüşdə İranla münasibətlər də xüsusi diqqət mərkəzində olub. Bəyanatda vurğulanıb ki, Tehranla investisiya və ticarət əməkdaşlığının gələcək perspektivləri birbaşa İran hakimiyyətinin atacağı addımlardan asılı olacaq. Bildirilib ki, iqtisadi əlaqələrin genişləndirilməsi İranın Vaşinqtonla əldə olunmuş razılaşmalara əməl etməsi və tərəflərin fikrincə, regionda sabitliyi pozan siyasətlərdən imtina etməsi ilə şərtlənəcək.

Tərəflər həmçinin iyunun 17-də imzalanmış ABŞ–İran Anlaşma Memorandumunu dəstəklədiklərini bəyan edərək, danışıqlar prosesində vasitəçilik göstərən Qətər və Pakistana təşəkkürlərini bildiriblər.

Birgə bəyanatın yekununda vurğulanıb ki, əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və Yaxın Şərqdə davamlı sülhün təmin olunması olan danışıqlar prosesinin davam etdirilməsi vacibdir.

//Gülnarə Abasova, Editor.az