Bakıda dəhşət: 4 uşaq anası olan arvadını boğub öldürdübackend

Bakıda dəhşət: 4 uşaq anası olan arvadını boğub ÖLDÜRDÜ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qətl hadisəsi olub.

Editor.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb.

42 yaşlı Rafət Ağalarov 4 uşaq anası olan arvadı 40 yaşlı Esmira Ağalarovanı boğaraq, öldürüb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rafət Ağalarov tutularaq, istintaqa təhvil verilib.

İddialara görə, qadın ərindən boşanmaq istəyibmiş. Cinayət də məhz bu səbəbdən yaranan mübahisə zəminində baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.