Tehran-Tbilisi qalmaqalının mərkəzindəki qadın kimdir? – Azərbaycanla ilginc bağlılığı – FOTObackend

Tehran-Tbilisi qalmaqalının mərkəzindəki qadın kimdir? – Azərbaycanla ilginc bağlılığı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Gürcüstandakı səfiri Seyed Ali Moucani sosial şəbəkədəki paylaşımı Tbilisi ilə Tehran arasında qalmaqala səbəb olub. Belə ki, diplomat İran səfirliyinin binasının fasadına proyeksiya olunan gürcü kraliçası Ketevanın təsvirini paylaşaraq, bu tarixi şəxsiyyətlə bağlı apardığı araşdırmanın nəticələrini yaxın zamanda təqdim edəcəyini bildirib. Paylaşım Gürcüstanda və sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub.

Bəs iki ölkə arasında gərginliyə səbəb olan Ketevan kimdir? Onu Azərbaycanla nə bağlayır?

Editor.az xəbər verir ki, Globalinfo.az-ın araşdırmasına görə, Kraliça Ketevan Baqrationi sülaləsinin Mukhrani qoluna mənsub idi. O, Kral I Davidlə evlənmişdi. Davidin ölümündən sonra Ketevan özünü kilsə və monastırların tikintisinə, həmçinin xeyriyyəçilik fəaliyyətinə həsr etdi.

Davidin qardaşı Konstantin islamı qəbul etmiş və 1605-ci ildə Səfəvi şahı I Abbasın dəstəyi ilə atası, Kaxetiya kralı II Aleksandrı və qardaşı Georgini öldürərək taxtı ələ keçirmişdi. Konstantin onların cəsədlərini Ketevana göndərmişdi. Daha sonra Konstantin Ketevana onunla evlənməyi təklif etdi və imtina edəcəyi təqdirdə ölümlə hədələdi. Ketevan isə Kaxetiya zadəganlarını ətrafına toplayaraq Konstantinə qarşı çıxdı. Nəticədə Konstantin və onun tərəfdarları məğlub edildi.

Bu hadisələrdən sonra Ketevan azyaşlı oğlu Teymurazın hakimiyyətini qorumağa çalışdı. Lakin Şah I Abbas Teymurazı girov götürərək uzun müddət sarayında saxladı. Teymuraz xristian inancından dönmədi və sonradan azad edildi.

Bir müddət sonra Şah I Abbas Gürcüstanı viran qoyacağı ilə hədələməyə başladı. Müharibənin qarşısını almaq istəyən Ketevan Şahın yanına getməyə və özünü girov kimi təqdim etməyə qərar verdi. O, Şirazda uzun müddət əsir saxlanıldı. Şah I Abbas Ketevana islamı qəbul edəcəyi təqdirdə yüksək status vəd etsə də, kraliça xristian inancından imtina etmədi. 1624-cü ildə o, Şirazda ağır işgəncələrlə öldürüldü.

Bəs iki ölkə arasında gərginliyə səbəb olan Ketevan kimdir? Onu Azərbaycanla nə bağlayır?

Globalinfo.az-ın araşdırmasına görə, Kraliça Ketevan Baqrationi sülaləsinin Mukhrani qoluna mənsub idi. O, Kral I Davidlə evlənmişdi. Davidin ölümündən sonra Ketevan özünü kilsə və monastırların tikintisinə, həmçinin xeyriyyəçilik fəaliyyətinə həsr etdi.

Davidin qardaşı Konstantin islamı qəbul etmiş və 1605-ci ildə Səfəvi şahı I Abbasın dəstəyi ilə atası, Kaxetiya kralı II Aleksandrı və qardaşı Georgini öldürərək taxtı ələ keçirmişdi. Konstantin onların cəsədlərini Ketevana göndərmişdi. Daha sonra Konstantin Ketevana onunla evlənməyi təklif etdi və imtina edəcəyi təqdirdə ölümlə hədələdi. Ketevan isə Kaxetiya zadəganlarını ətrafına toplayaraq Konstantinə qarşı çıxdı. Nəticədə Konstantin və onun tərəfdarları məğlub edildi.

Bu hadisələrdən sonra Ketevan azyaşlı oğlu Teymurazın hakimiyyətini qorumağa çalışdı. Lakin Şah I Abbas Teymurazı girov götürərək uzun müddət sarayında saxladı. Teymuraz xristian inancından dönmədi və sonradan azad edildi.

Bir müddət sonra Şah I Abbas Gürcüstanı viran qoyacağı ilə hədələməyə başladı. Müharibənin qarşısını almaq istəyən Ketevan Şahın yanına getməyə və özünü girov kimi təqdim etməyə qərar verdi. O, Şirazda uzun müddət əsir saxlanıldı. Şah I Abbas Ketevana islamı qəbul edəcəyi təqdirdə yüksək status vəd etsə də, kraliça xristian inancından imtina etmədi. 1624-cü ildə o, Şirazda ağır işgəncələrlə öldürüldü.

Ketevanın ölümündən sonra onun qalıqlarının bir hissəsi portuqaliyalı missionerlər tərəfindən gizlicə Hindistana aparıldı. Daha sonra Köhnə Qoadakı Müqəddəs Avqustin monastırında saxlanıldı. Bir hissəsinin isə Gürcüstana aparıldığı və Alaverdi Katedralında qorunduğu bildirilir.

Onun qalıqlarının bir qismi 2004-cü ildə Köhnə Qoadakı Müqəddəs Avqustin monastırının xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı aşkar edildi. Daha sonra həmin sümük fraqmentləri üzərində qədim DNT analizi aparıldı. Araşdırma nəticəsində nümunələrdən birində U1b mitoxondrial haploqrupu müəyyən edildi. Bu haploqrupun Gürcüstan və ətraf regionlarda mövcud olması həmin qalıqların Kraliça Ketevana aid olması ehtimalını gücləndirib. Elmi araşdırmanın müəllifləri də nəticənin tarixi və arxeoloji məlumatlarla uyğun gəldiyini, lakin şəxsiyyətin tam təsdiqi üçün əlavə sübutların vacib olduğunu bildiriblər.

Ketevanın qalıqları sonrakı illərdə də araşdırma mövzusu olaraq qalıb. 2021-ci ildə Hindistan hökuməti qalıqların bir hissəsini Gürcüstan tərəfinə təhvil verib. Kraliça Ketevan Gürcüstan Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib və onun xatirə günü 13 sentyabrda qeyd olunur.