Xəbər verdiyimiz kimi, xalq artisti Zaur Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Editor.az Kult.az-a istinadən xəbər verir ki, müğənninin yaxınları Axşam.az-a açıqlamasında Z.Rzayevin evə buraxıldığını bildirib:
“Səhhəti bir az düzəlib. Evdə müalicəsi davam edir. Həkimlərin nəzarətindədir. Ümid edirik ki, yaxşı olacaq”.
Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.

