Bakıda dəhşətli hadisə: Qadın pəncərə silərkən yıxıldı – VİDEObackend

Bakıda dəhşətli hadisə: Qadın pəncərə silərkən yıxıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Musavat.com xəbər verir ki, Yeni Yasamal rayonunda, Dadaş Bünyadzadə küçəsində yaşayan qadın yaşadığı mənzilin pəncərəsini silərkən hündürlükdən yıxılıb.

Hadisə şahidlərinin sözlərinə görə, qadın pəncərənin çöl hissəsini təmizlədiyi zaman müvazinətini itirib və yerə düşüb.

Ağır xəsarətlər alan qadın hadisə yerində həyatını itirib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.