Ermənistan, Türkmənistan və Azərbaycan Yaxın Şərqdəki vəziyyətə görə miqrasiya böhranı ilə üzləşə bilər. Bunu MDB Antiterror Mərkəzinin (ATC) rəhbəri general-polkovnik Yevgeni Sısoyev Üzv Dövlətlərinin Səlahiyyətli Orqanlarının Qərargah Rəhbərlərinin 19-cu görüşündə bildirib. O, bunu böyük ehtimalla ABŞ-İsrail blokunun İrana qarşı hərbi müdaxiləsi nəticəsində yarana biləcək qaçqın axını ilə əlaqələndirir. Yaxın Şərq məsələsi Sısoyevin bəyanatında xüsusilə göstərilir.
Ancaq Yaxın Şərq hadisələrinə görə miqrasiya böhranının Azərbaycana niyə təsiri olsun? Bəlkə İranı nəzərdə tutur?
Amma son hadisələr göstərdi ki, iranlıların kütləvi şəkildə qonşu ölkələrə köçü çətin baş versin. Birincisi, köç o səbəbdən baş verir ki, quru əməliyyatlar aparılır və insanlar kütləvi şəkildə yaşayış yerlərini, qəsəbələri, kəndləri, şəhərləri tərk etmək məcburiyyətində qalır… pizza mizza
Politoloq Züriyə Qarayeva rus generalın şişirtməyə yol verdiyini düşünür. Onun sözlərinə görə, adı çəkilən üç ölkə İranla sərhəddir və general bu səbəbdən belə qənaətə gəlib: “İrana qarşı 12 günlük, sonra 40 günlük müharibələr qaçqın axınına gətirib çıxarmadı. Bunun da səbəbi zərbələrin hərbi obyektlərə endirilməsi idi. İndi də lokal əməliyyatlar zamanı hərbi infrastruktur hədəf alınır. Bu halda isə İrandan qaçqın axını gözlənilmir”.
Ekspertin fikrincə, digər amil İran cəmiyyətinin idealistləşməsidir: “Xalq bu müharibəni ölkəsinə qarşı təcavüz, hərbi müdaxilə və düşmənçilik kimi qəbul etdi. Bu da xalqın nifrət etdiyi rejimin ətrafında birləşməsinə səbəb oldu. Məhz bu reallığı nəzərə almayan ABŞ və İsrail koalisiyası indiyə qədər vəziyyətdən çıxa bilmir. Odur ki, Azərbaycana, həmçinin İranla sərhədi olan Türkmənistan və Ermənistana axın bu şəraitdə mümkün deyil. Gərək elə vəziyyət hökm sürsün ki, iranlılar pənah gətirməli olsun. Hələlik ölkədə vəziyyət o həddə çatmayıb”.
Z. Qarayevanya görə, İran Suriya və İraqın taleyini yaşasaydı, bu proqnoz reallaşa bilərdi: “Amma İran onların heç biri deyil. Biz idealist diktatura, SEPAH hərbi rejimi, Çindən dəstək görməkdəyik. Nəzərə alaq ki, cəmiyyət də rejimə qarşı getməklə bərabər kənardan hücumların əleyhinədir. Əgər daha ağır zərbələr olarsa, bir müddət xalq rejimlə yanaşı dayanacaq. Hadisələr terror, vətəndaş müharibəsi, xaos həddinə çatanda qonşu ölkələrə qaçış mümkündür”.
Musavat.com


