Trampın sərt bəyanatından bir neçə saat sonra ŞOK ADDIM: Vaşinqton hərəkətə keçdibackend

Trampın sərt bəyanatından bir neçə saat sonra ŞOK ADDIM: Vaşinqton hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın İranla bağlı sərt açıqlamalarından bir neçə saat sonra Vaşinqton administrasiyası Cenevrəyə mümkün səfər və diplomatik görüşlər üçün hazırlıqlara başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Məlumata əsasən, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cenevrəyə ehtimal olunan səfəri üçün lazım olan avadanlıqları daşımaq məqsədilə Avropaya ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd C-17 nəqliyyat təyyarəsi göndərilib.

Nəşr bildirir ki, bu addım ABŞ və İran arasında mümkün razılaşmanın imzalanması üçün hazırlıq mərhələsi kimi qiymətləndirilir və sənədin yaxın günlərdə rəsmiləşdirilə biləcəyi ehtimal olunur.