Almaniyanın müdafiə sənayesi şirkəti Diehl Defence Ukraynada istehsal olunan “Flamingo” qanadlı raketlərinin istehsalının Almaniyaya köçürülməsi imkanlarını nəzərdən keçirir.
Bu barədə “Financial Times” nəşri məlumat yayıb. Məlumata görə, şirkət hazırda Iris-T hava hücumundan müdafiə sistemlərinin əsas istehsalçılarından biridir və Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığını genişləndirməyi planlaşdırır.
Bildirilir ki, istehsalın Almaniyaya köçürülməsi daha sabit sənaye mühiti və təhlükəsizlik baxımından üstünlük yaratmaq məqsədi daşıyır.
Məsələ ilə bağlı tərəflərdən rəsmi təsdiq hələlik açıqlanmayıb.
//Samir Qurbanov, Editor.az


