Ukrayna və Moldova ilə Avropa İttifaqı arasında üzvlük danışıqlarının ilk mərhələsi bazar ertəsi, 15 iyun tarixində açılacaq.
Məlumat Avropa İttifaqı Şurasının prezidenti António Costa və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen tərəfindən yayılan birgə bəyanatda təsdiqlənib.
Bəyanata görə, bütün Aİ üzv ölkələri danışıqların ilk “klaster”inin açılmasına razılıq verib.
Bu mərhələ Ukrayna və Moldovanın Aİ standartlarına uyğunlaşması istiqamətində əsas siyasi və institusional islahatları əhatə edəcək.
//Samir Qurbanov, Editor.az


