ABŞ Avropada NATO əməliyyatları üçün yerləşdirilən hərbi aviasiya və dəniz qüvvələrinin sayını əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Editor.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ iyunun əvvəlində Avropadakı müttəfiqlərinə göndərdiyi rəsmi sənəddə qırıcı təyyarələr və hərbi gəmilər də daxil olmaqla bir sıra texnikanın mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan siyahını təqdim edib.
Məlumata əsasən, qərar NATO daxilində ABŞ hərbi mövcudluğunun gələcək strukturu ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.
//Samir Qurbanov, Editor.az


