Cənubi Koreyanın sabiq prezidenti 30 il müddətinə azadlıqdan məhrum edilibbackend

Cənubi Koreyanın sabiq prezidenti 30 il müddətinə azadlıqdan məhrum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyanın paytaxtı Seulun məhkəməsi ölkənin sabiq prezidenti Yun Sok Yol barəsində 30 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

Editor.az xəbər verir ki, o, Şimali Koreyanın paytaxtı Pxenyan istiqamətində döyüş pilotsuz uçuş aparatlarının göndərilməsi işi üzrə təqsirli bilinib.  

İstintaqın məlumatına görə, Yun Sok Yolun əmri ilə döyüş PUA-ları Pxenyanın hava məkanına göndərilib. Prokurorluq hesab edir ki, bu addım 2024-cü ildə ölkədə hərbi vəziyyətin elan olunması üçün əsas yaratmaq məqsədi daşıyıb.  

Qeyd olunur ki, sabiq prezident bundan əvvəl də 2024-cü ilin dekabr hadisələri ilə bağlı qaldırılmış qiyam işi üzrə ömürlük həbs cəzasına məhkum edilmişdi. O, 2022–2025-ci illərdə Cənubi Koreyaya rəhbərlik edib və 2024-cü il dekabrın 14-də elan etdiyi hərbi vəziyyət və parlamentə qoşun yeritməsindən sonra impiçment yolu ilə vəzifəsindən uzaqlaşdırılıb.  

2025-ci ilin yanvarında Yun Sok Yol qiyam ittihamı ilə həbs olunub, həmin ilin aprelində isə Cənubi Koreyanın Konstitusiya Məhkəməsi onun impiçmentini qüvvədə saxlayıb.  

//Gülnarə Abasova, Editor.az