Volodimir Zelenski Ukraynada yeni qanunu imzalayıb. Qanuna əsasən, rus dili artıq Avropa Regional və ya Azlıqların Dilləri Xartiyası çərçivəsində qorunan dillər siyahısından çıxarılıb.
Editor.az xəbər verir ki, qərar, Ukrayna parlamentinin sədri Ruslan Stefanchuk tərəfindən də təsdiqlənərək “Ukrayna dil məkanının qorunması və Avropa öhdəliklərinin yerinə yetirilməsi baxımından mühüm addım” kimi qiymətləndirilib.
Rəsmi açıqlamalara görə, bu dəyişiklik ölkədə dövlət dili olan ukrayna dilinin mövqeyini gücləndirməyə yönəlib və Avropa İttifaqı standartlarına uyğunlaşdırma prosesinin bir hissəsi hesab olunur.
//Samir Qurbanov, Editor.az


