Mayın 18-də Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Kstovoda (Rusiya, Nijni Novqorod vilayəti) “Lukoil-Nijeqorodnefteorqsintez” neft emalı zavoduna zərbə endirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, zavodda yanğın baş verib.
Zərərin miqyası müəyyənləşdirilir.
“Lukoil-Nijeqorodnefteorqsintez” neft emalı zavodu Rusiya Federasiyasının ən böyük neft emalı zavodlarından biridir. Onun emal gücü ildə təxminən 17 milyon ton neftdir. Zavod benzin, dizel və aviasiya yanacağı istehsal edir ki, bu da Rusiya işğalçı qüvvələrinin ehtiyaclarını ödəmək üçün istifadə olunur.
“Həmçinin, mayın 19-da Rusiya Federasiyasının Yaroslavl vilayətinin Semibratovo kəndi yaxınlığındakı “Yaroslavl-3” neft nasos stansiyasına da zərbə endirilib.
Zərərin miqyası müəyyənləşdirilir”, – deyə açıqlamada bildirilir.
//Samir Qurbanov, Editor.az


