Hücumlar “iki və ya üç günlüyə” təxirə salınıb – ABŞ Prezidenti Donald Trampbackend

Hücumlar “iki və ya üç günlüyə” təxirə salınıb – ABŞ Prezidenti Donald Tramp

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bir neçə Yaxın Şərq ölkəsinin xahişi ilə İrana hücumları bərpa etməyib.

ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evin YouTube-da yayımladığı “TrumpRx” dərman satışı veb saytının yenilənməsinin təqdimatında çıxış edərkən açıqlayıb.
Bir gün əvvəl o, Truth Social-da yazıb ki, Amerika 19 may tarixinə planlaşdırılan İrana hücumu təxirə salıb. İddialara görə, bunu danışıqların uğurlu nəticəyə yaxınlaşdığına əmin olan Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ liderləri istəyiblər.

Tramp bildirib ki, hücumlar “iki və ya üç günlüyə” təxirə salınıb, çünki ABŞ-ın regiondakı müttəfiqlərinə görə, tərəflər “razılığa çox yaxındırlar”. Tramp qeyd edib ki, Vaşinqton da qərar barədə İsraili məlumatlandırıb. “Razılığa yaxınlaşdığımızı düşündüyümüz vaxtlar olub, amma heç nə alınmayıb. Lakin indi vəziyyət bir az fərqlidir”, – deyə o əlavə edib.

//Samir Qurbanov, Editor.az