İranın Ali Lideri, hərbi müşavir Möhsün Rzayi bildirib ki, ABŞ-ın hücumu halında Tehran Vaşinqtonu geri çəkilməyə məcbur edəcək.
“O, hərbi hücum üçün son tarix təyin edir və sonra onu özü ləğv edir. Güclü silahlı qüvvələrin və böyük İran millətinin dəmir yumruğu onları geri çəkilməyə və təslim olmağa məcbur edəcək.”- Möhsün Rzayi bildirib.
İranın “Tasnim” xəbər agentliyi xəbər verir ki, İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı general-mayor Əli Əbdüllahi ABŞ-ı və müttəfiqlərini daha bir strateji səhv etməmək barədə xəbərdar edib. Əli Əbdüllahi İran silahlı qüvvələrinin daha hazırlıqlı olduğunu və indi hər hansı bir təcavüzə cavab verməyə hazır olduğunu aydınlaşdırıb. O, növbəti səhv hesablamaların əvvəlkindən daha güclü cavabla nəticələnəcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, prezident Donald Tramp İrana hərbi hücumların iki-üç gün təxirə salındığını açıqlayıb. Bir neçə ölkə diplomatik həll yolu axtarmaq üçün hücumun təxirə salınmasını istəyib. Bu arada, Amerika lideri tərəflərin kompromisə gələ bilməməsi halında baş verəcək hücuma hazırlaşmaq üçün qoşunlara əmr verib.
//Samir Qurbanov, Editor.az


