Bakıda “Lotu Quli”nin yaxın adamı tutuldu – Fotobackend

Bakıda “Lotu Quli”nin yaxın adamı tutuldu – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib. 

Baş İdarəyə Tofiq adlı şəxsin üzərində qanunsuz olaraq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Tofiq Qaranizadə Nəsimi rayonu ərazisində tutulub. Onun üzərində şəxsi axtarış aparılan  zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

APA-nın əldə etdiyi məlumata görə, saxlanılanlardan Tofiq Qaranizadə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamıdır. O, bir neçə il bundan əvvəl Bakıda “Bulaq” restoranında kriminal avtoritetlər arasında baş verən atışmada iştirak etdiyi üçün tutulub. Məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edilən Tofiq Qaranizadə bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılıb.

 

Bakıda “Lotu Quli”nin yaxın adamı tutuldu - Foto