Rusiyada Jony səhnə adı ilə tanınan, əslən azərbaycanlı müğənni Cahid Hüseynlinin səhhəti ilə bağlı iddia yayılıb. Məlumata görə, ifaçıda ailəvi Aralıq dənizi qızdırması (FMF) adlı genetik xəstəliyin aşkarlandığı bildirilir.
Editor.az-ın məlumatına görə, bu barədə “Mash” “Telegram” kanalı öz mənbələrinə istinadən xəbər yayıb.
İddialara əsasən, müğənni əzələ və oynaq ağrılarından, qarın nahiyəsində narahatlıqdan və yüksək hərarətdən əziyyət çəkib. Onun çəki itirdiyi və sentyabr ayında xəstəxanaya yerləşdirildiyi də irəli sürülüb.
Məlumatda ifaçının hazırda müalicəsini ev şəraitində davam etdirdiyi qeyd olunur.
Bununla belə, “Mash” kanalının yazdığına görə, müğənninin rəsmi nümayəndələri onun səhhətində hər hansı problemin olmadığını bildiriblər.
Beləliklə, Jony-nin sağlamlığı ilə bağlı yayılan məlumatlar hələlik ziddiyyətlidir və xəstəlik iddiası rəsmi şəkildə təsdiqlənməyib.

