Bəhreyndən İrana ağır ittiham: BMT Təhlükəsizlik Şurasının təcili iclası tələb edildibackend

Bəhreyndən İrana ağır ittiham: BMT Təhlükəsizlik Şurasının təcili iclası tələb edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəhreyn İranın öz ərazisinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar etdiyini bəyan edib. Krallıq rəhbərliyi İran tərəfindən yenidən həyata keçirilən zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Oxu.Az xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Nazirlik BMT Təhlükəsizlik Şurasını 2817 saylı qətnamənin icrasını təmin etməyə, “davam edən bu təcavüzün dayandırılması” və “bunun günahkarlarının məsuliyyətə cəlb olunması” üçün zəruri tədbirlər görməyə çağırıb.

Bəhreyn XİN-in bəyanatında qeyd olunub ki, İran ABŞ ilə imzalanmış memorandum çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmağa və regionda sabitliyin bərqərar olunması üçün qalan imkanları sarsıtmağa görə tam məsuliyyət daşıyır.

Xatırladaq ki, iyunun 27-də Bəhreyn hakimiyyəti İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının ölkə ərazisinə hücum etdiyini açıqlamışdı. Bu gün isə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynin Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasına raket və PUA zərbələri endirdiyi barədə hesabat yayıb.