Rusiya hökuməti ölkədə fəaliyyət göstərən Avropa şirkətlərinin aktivlərinə nəzarəti sərtləşdirir.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Nestlé, Metro AG və Auchan şirkətlərinin Rusiyadakı aktivləri müvəqqəti dövlət idarəçiliyinə verilib.
Moskva bu addımları Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara və Ukraynaya dəstəyinə cavab kimi təqdim edir. Rusiya rəsmilərindən biri bildirib ki, gələcəkdə digər Avropa şirkətlərinin də oxşar tədbirlərlə üzləşməsi mümkündür.
//Samir Qurbanov, Editor.az

