Bloomberg: Rusiyada milyarderlərin biznes imperiyaları dövlət təzyiqi altında zəifləyirbackend

Bloomberg: Rusiyada milyarderlərin biznes imperiyaları dövlət təzyiqi altında zəifləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloomberg-in yaydığı məlumata görə, Rusiyanın iri biznes elitası son dövrlərdə dövlət tərəfindən artan təzyiqlərlə üzləşir və bu proses bir çox milyarderin biznes imperiyalarının zəifləməsinə səbəb olur.

Məlumata əsasən, Rusiya hakimiyyəti tərəfindən həyata keçirilən aktivlərin müsadirəsi iri biznes strukturlarının parçalanmasına və sərvətin daha loyallığı ilə seçilən biznes qruplar arasında yenidən bölüşdürülməsinə gətirib çıxarır. Paralel olaraq, korrupsiya ilə bağlı məhkəmə iddiaları da şirkət aktivlərinin dövlət nəzarətinə keçməsində əsas mexanizmlərdən birinə çevrilib.

Nəticədə, Rusiyalı milyarderlər artan hüquqi və siyasi təzyiqlər fonunda biznes fəaliyyətlərini daha qeyri-müəyyən mühitdə davam etdirmək məcburiyyətində qalırlar.
Bloomberg-in yazısında qeyd olunur ki, bu proses Vladimir Putin dövründə iqtisadi gücün daha da mərkəzləşdirilməsinə və dövlətin biznes sektorunda təsirinin güclənməsinə gətirib çıxarır.

//Samir Qurbanov, Editor.az