Bu gün “Formula-1” üzrə Azərbaycan Qran-prisinə start veriləcək.
Editor.az xəbər verir ki, ilk gündə iki sərbəst yürüş keçiriləcək.
Bundan əlavə, “Formula-2″də də sınaq yürüşü ilə yanaşı, sıralama turları gerçəkləşəcək.
20 döngə, 51 dövrədən ibarət olan Bakı treki ümumilikdə 306.049 km məsafəni əhatə edir.
Azərbaycan Qran-prisində ilk günün proqramı:
10:00. “Formula-2”: Sərbəst yürüş
12:30. “Formula-1”: Birinci sərbəst yürüş
14:00. “Formula-2”: Birinci sıralama turu
14:30. “Formula-2”: İkinci sıralama turu
16:00. “Formula-1”: İkinci sərbəst yürüş

