Rusiya Ermənistana 5 şərt qoydu – TƏLƏBLƏRbackend

Rusiya Ermənistana 5 şərt qoydu – TƏLƏBLƏR 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya noyabrın 1-dən Ermənistana təbii qaz tədarükünü dayandıra bilər.

Editor.az Globalinfo-ya istinadla xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşrin iddiasına görə, Moskva qaz ixracının davam etdirilməsi üçün Ermənistanın Baş naziri Nikol Paşinyan hökuməti qarşısında bir sıra şərtlər qoyub:

“Tələblərdən biri Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının gələcək fəaliyyəti məsələsinin müzakirədən çıxarılmasıdır. Digər şərtlər sırasında Rusiyanın iştirakı olan şirkətlərə qarşı görülən tədbirlərin dayandırılması da var. Söhbət xüsusilə dəmir yolu sektorunda fəaliyyət göstərən müəssisələrdən və “Qazprom”dan gedir.

Moskvanın digər tələbi Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətindəki prosesinin dayandırılması ilə bağlıdır. Bunun üçün ya Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanunun ləğvi, ya da məsələ ilə bağlı referendum tarixinin müəyyənləşdirilməsi tələb olunur”.

Məqalədə Ermənistan hakimiyyətinin Moskvanın Rusiyayönlü hesab etdiyi siyasətçilərə qarşı təqibləri dayandırmasının da şərtlər sırasında olduğu qeyd edilir.

Bundan başqa, qəzet hökumətdə Rusiya üçün məqbul sayılan baş nazir müavininin vəzifəyə gətirilməsinin də Moskvanın tələblərindən biri olduğunu yazır.