Bakı Beynəlxalq Caz Festivalının qurucularından biri olan Nuri Ağa Mirzə oğlu Əhmədov vəfat edib.
Editor.az Kult.az-a istinadla xəbər verir ki, bu barədə aktyor Bəhram Bağırzadə məlumat yayıb.
N.Əhmədovun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan Nuri Əhmədov 1995-2014-cü illərdə Azərbaycan-Britaniya birgə müəssisəsi olan “AzEuroTel” şirkətinin qurucusu və baş direktoru olub.

