Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2026-cı il üzrə təbii qaz hasilatı və ixracı ilə bağlı əvvəlki proqnozlarını aşağı salıb.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, nazirliyin yeni qiymətləndirməsi ölkənin qaz sektorunda əvvəl gözləniləndən daha aşağı göstəricilərə işarə edir.
Enerji bazarındakı vəziyyət Rusiya iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır. Qaz ixracının səviyyəsi həm dövlət gəlirlərinə, həm də ölkənin enerji sektorundakı fəaliyyətinə təsir göstərən əsas amillərdən biridir.
//Samir Qurbanov, Editor.az

