Moldovada enerji və su təhlükəsizliyi ilə bağlı fövqəladə vəziyyətbackend

Moldovada enerji və su təhlükəsizliyi ilə bağlı fövqəladə vəziyyət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova parlamenti enerji və su təchizatının təhlükəsizliyini təmin etmək məqsədilə 60 günlük fövqəladə vəziyyət elan edilməsini təsdiqləyib.

Editor.az xəbər verir ki, Qərarın lehinə 54 deputat, əleyhinə isə 20 deputat səs verib. Daha 22 deputat səsvermədə iştirak etməyib.

Moldova hökuməti fövqəladə rejimin mümkün enerji və su təchizatı problemlərinə daha operativ müdaxilə etməyə imkan verəcəyini bildirir. Qərarın sentyabrın 26-dan qüvvəyə minməsi nəzərdə tutulur.

//Samir Qurbanov, Editor.az