Prezidentdən Xəlilova: “Bunu sən özün düzəltmisən”backend

Prezidentdən Xəlilova: “Bunu sən özün düzəltmisən”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.

Editor.az xəbər verir ki, “İstiqlal” ordeninin müəllifi Xalq rəssamı özüdür.

O, bununla bağlı təqdimetmə mərasimində danışıb:

“Çox sağ olun, cənab Prezident. Çox sağ olun. Bu ordenin şəkilini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam”.

Prezident İlham Əliyev öz növbəsində Xalq rəssamının fikirlərini təsdiqləyib: “Sən özün düzəltmisən. Bunun müəllifi də sizsiniz”.