Qətər XİN-dən III Dünya müharibəsi ilə bağlı xəbərdarlıq: “Artıq ilk ilini yaşayırıq?backend

Qətər XİN-dən III Dünya müharibəsi ilə bağlı xəbərdarlıq: “Artıq ilk ilini yaşayırıq?  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində dünyanın artıq III Dünya müharibəsinin ilk ilini yaşaya biləcəyini bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla yazıb.

“Bu gün III Dünya müharibəsinin ilk ilində olduğumuzu söyləmək mümkündürmü? Bəli, əgər müxtəlif böhranları həll edə bilməsək”, — deyə o qeyd edib.

Əl-Ənsarinin sözlərinə görə, hazırda beynəlxalq sülh və təhlükəsizlik sahəsində ciddi böhran yaşanır. O vurğulayıb ki, son on il ərzində dünyada hərtərəfli sülh sazişinin imzalanmasına nail olunmayıb.

Yaxın Şərqdəki vəziyyətə toxunan Qətər rəsmisi hazırkı gərginliyin onilliklər ərzində davam edən, lakin dondurulmuş və tam həllini tapmamış münaqişələrin nəticəsi olduğunu bildirib.

Onun sözlərinə görə, Fars körfəzi ölkələri hazırda regional təhlükəsizlik sisteminin yenidən qurulmasına diqqət yetirirlər.

Qeyd edək ki, bundan əvvəl Fransanın Milli Birlik Partiyasının lideri Marin Le Pen də Ukrayna ilə bağlı münaqişənin yüzillik müharibəyə və ya III Dünya müharibəsinə çevrilə biləcəyi ehtimalını dilə gətirmişdi.

//Gülnarə Abasova, Editor.az