Çexiya qələbəni son dəqiqələrdə əldən verdibackend

Çexiya qələbəni son dəqiqələrdə əldən verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il futbol üzrə dünya çempionatının A qrupunda II turun qarşılaşmasında Çexiya millisi Cənubi Afrika Respublikası ilə heç-heçə edib.

Matç ərzində hesabda önə keçən çexiyalılar üstünlüklərini qoruya bilməyiblər. Görüşün sonlarına yaxın vurulan qol nəticəsində Cənubi Afrika hesabı bərabərləşdirib və qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Bu nəticədən sonra hər iki komanda qrup mərhələsində növbəti xalını aktivinə yazdırıb. A qrupunda mübarizə isə Meksika və Cənubi Koreya arasında keçiriləcək digər oyunla davam edəcək.

//Samir Qurbanov, Editor.az