Çinin Mədəniyyət və Turizm Nazirliyi öz vətəndaşlarına müvəqqəti olaraq Yaponiyaya səfər etməməyi tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, xəbərdarlıq nazirliyin rəsmi saytında dərc olunub.
Bəyanatda ölkədə çinli turistlər üçün artan təhlükəsizlik təhdidləri qeyd olunur. Artıq Yaponiyada olanlara vəziyyəti yaxından izləmək və ehtiyatlı olmaq tövsiyə olunur.
Nazirlik Çin Xarici İşlər Nazirliyinin noyabrın 14-də daha əvvəl dərc edilmiş xəbərdarlığına istinad edərək, Yaponiyada Çin vətəndaşları üçün təhlükəsizlik vəziyyətinin pisləşməkdə davam etdiyini bildirib.
Ölkədəki turistlərə fövqəladə hallarda Çin səfirliyi və ya konsulluğu ilə əlaqə saxlamaları tövsiyə olunur.

