Aysel İbayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Editor.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı əmək və əhalinin sosial müadfiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, o, bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamenti rəhbəri vəzifəsində çalışıb. 2011-2016-cı illərdə isə “PAŞA Sığorta” ASC-də Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.

