Milli Məclisdə susqunluğu ilə yadda qalan deputat Mircəlil Qasımlı nəhayət sükutu pozub.
Editor.az xəbər verir ki, Xitab24.az-ın məlumatına görə, Kəlbəcərin deputatı Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında ilk dəfə danışıb.
O, çıxışında “ChatGPT”nin faydalarından söz açıb.
“ChatGPT” çox yaxşı şeydir. Gələcəkdə insanları tanıması üçün çox rahat vasitədir. Ondan sənin haqqında məlumat verməsini istəyəndə, il ərzində hansı sualı vermirsənsə, ortaya qoyur”.
Qeyd edək ki, Mircəlil Qasımlı 1992-ci ildə anadan olub. O, 23 yanvar 2024-cü ildə 123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Adıçəkilən deputat parlamentdən heç vaxt danışmaması ilə diqqət çəkib.

