Yeniyetmənin “Roblox”a görə intiharı parlamentdə müzakirə edildibackend

Yeniyetmənin “Roblox”a görə intiharı parlamentdə müzakirə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisdə Xətai rayonunda yeniyetmənin oyun platformasına görə intiharı məsələsi müzakirə edilib.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc danışıb.

“Bildiyiniz kimi, bir neçə gün öncə Xətaidə uşaq hündürmərtəbəli binadan özünü atıb intihar etmişdi. Bu barədə Baş Prokurorluq da məlumat yaydı. İlkin istintaq “Roblox” oyunu ilə bağlı oldu.

Dünya statistikasına baxmağa çalışdım. ABŞ-nin 14 ştatında uşaqları intihara sövq edən, onları sanki robota çevirən platformalara qarşı məhkəmələrdə cinayət məsuliyyətinə dair iddialar qaldırılıb. Azərbaycan uşaqları arasında da belə oyunlarla bağlı peşəkar araşdırmalara ehtiyac var”, – komitə sədri bildirib.