Dəniz Göktaj hakim qarşısında — Prokurorun cavabı…backend

Dəniz Göktaj hakim qarşısında — Prokurorun CAVABI… 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12 ilə qədər həbs cəzası təhlükəsi ilə üz-üzə qaldığı məhkəmə prosesində türk komediya ustası Dəniz Göktaş bu gün ilk dəfə hakim qarşısına çıxıb.

Editor.az-ın xəbərinə görə, müdafiə çıxışı zamanı Göktaş bildirib: “Sözlərim səhv sayıla bilər, lakin onların hörmətsizlik və ya təhqir səviyyəsinə çatdığını düşünmürəm”.

Prokuror işin mahiyyəti üzrə rəyində Göktaşın “Prezidenti açıq şəkildə təhqir etmək”, “ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə təhrik etmək” və “cinayəti və cinayətkarı tərifləmək” maddələri ilə təqsirli bilinməsini, eyni zamanda onun sərbəst buraxılmasını tələb edib.

//Dəniz Pənahova, Editor.az