Müğənni Nihat Doğan oğlu Badıkanla birlikdə kamera qarşısına çıxaraq, koronavirus pandemiyası dövründə yaşadığı maliyyə çətinlikləri səbəbindən səkkiz mənzilini satmalı olduğunu bildirib.
Editor.az-ın xəbərinə görə, o, “Sərvət və əmlak çətin günlər üçündür” deyə qeyd edib.
“Asiye Acar ilə Pazar Gezmesi” proqramına qonaq qismində qatılan Nihat Doğan, koronavirus pandemiyası dövründə səhnə çıxışlarının dayanması səbəbindən üzləşdiyi maddi çətinliklərdən danışıb. Çətin günlər üçün daşınmaz əmlakını maddi təminat vasitəsi kimi istifadə etdiyini izah edən Doğan bunları deyib:
“Pandemiya dövründə səkkiz mənzil satdım. Bəs aktivlər nə üçündür? Onlar çətin günlər üçündür. Söhbət təkcə məndən getmir; mən həm də ailəmə dəstək oluram. Onları zərurətdən satmalı oldum”.
//Dəniz Pənahova, Editor.az

