Həftənin ilk ticarət günündə İstanbul Birjasında satış təzyiqi güclənib. BIST 100 indeksi 3 faizdən çox azalaraq 12 500 bənd səviyyəsindən aşağı düşüb və təxminən altı ayın ən aşağı səviyyəsinə gerilədi.
Editor.az-ın xəbərinə görə, indeksə daxil olan 100 səhmdən 95-i dəyər itirərkən, bazar iştirakçıları davam edən fond araşdırmasını, Kapital Bazarları Şurasının (SPK) ləğvetmə prosesi ilə bağlı açıqlamalarını və müəyyən şirkət və fondlara qarşı tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasını diqqətlə izləyirdilər.
Günün ilərləyən saatlarında isə satış təzyiqinin artması ilə indeksdəki eniş daha da dərinləşib. BIST 100 sessiyanın ilk yarısında 2,71 faiz itki ilə 12 549,18 bənd səviyyəsinə geriləyib.
//Dəniz Pənahova, Editor.az

