Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilirbackend

Dünya çempionatında həlledici an: Qrup mərhələsinin sonuncu turuna start verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatının qrup mərhələsində həlledici – üçüncü tura start verilir.

Qrup mərhələsinin sonuncu turunda azarkeşləri bir-birindən gərgin və maraqlı idman mübarizəsi gözləyir.

Turun ilk oyun günündə B qrupunda İsveçrə və Kanada yığmaları, həmçinin Bosniya və Herseqovina ilə Qətər milliləri üz-üzə gələcəklər. Hər iki qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

İki turdan sonra B qrupunda Kanada və İsveçrə komandaları 4 xal toplayaraq birinci və ikinci yerləri bölüşürlər. Aktivlərində cəmi bir xal olan Bosniya və Herseqovina və Qətər komandaları isə müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.

C qrupunda isə Şotlandiya Braziliya ilə, Mərakeş isə Haiti ilə üz-üzə gələcək. Hər iki görüş iyunun 25-də Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.

C qrupunda iki turdan sonra 4 xalla Braziliya və Mərakeş milliləri birinci və ikinci yerlərin sahibidirlər, Şotlandiya 3 xalla üçüncü, xalı olmayan Haiti isə sonuncu pillədədir.

A qrupunun həlledici mübarizəsində isə iyunun 25-də saat 05:00-da Çexiya Meksika ilə, CAR Cənubi Koreya ilə vacib xallar uğrunda meydanda gücünü sınayacaq.

A qrupunun turnir cədvəlinə gəldikdə isə, Meksika 6 xalla liderdir, Cənubi Koreya 3 xalla ikinci yerdədir, Çexiya və CAR bir xalla üçüncü və dördüncü yerləri bölüşürlər.

Dünya çempionatı

III tur

24 iyun

B qrupu

23:00. İsveçrə – Kanada;

23:00. Bosniya və Herseqovina – Qətər.

25 iyun

C qrupu

02:00. Şotlandiya – Braziliya;

02:00. Mərakeş – Haiti.

A qrupu

05:00. Çexiya – Meksika;

05:00. CAR – Cənubi Koreya.

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.