Əlcəzairdə alovlar can aldı: Meşə yanğınlarında ağır itkibackend

Əlcəzairdə alovlar can aldı: Meşə yanğınlarında ağır itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlcəzairin şərq vilayətlərini cənginə alan güclü meşə yanğınları nəticəsində ilkin məlumatlara görə, 12 nəfər həyatını itirib. Sıx meşəlik əraziləri və yaşayış məntəqələrini təhlükə altında qoyan alovlarla mübarizə fasiləsiz davam edir.

Editor.az xəbər verir ki, Əlcəzair Daxili İşlər Nazirliyi bildirib ki, yanğınlar nəticəsində qeydə alınan ölüm halları əsasən Bicaya, Cicel və Tizi Vuzu vilayətlərində baş verib.

Ölkənin şərqində həddindən artıq isti hava şəraitinin fonunda başlayan meşə yanğınları qısa müddətdə geniş əraziyə yayılaraq ciddi fəlakətə çevrilib. Rəsmi qurumların ilkin məlumatına əsasən, alovların yaşayış məntəqələrinə və meşəlik ərazilərə çatması nəticəsində azı 12 nəfər həyatını itirib.

Yanğınların sürətlə yayılması ilə əlaqədar hadisə bölgələrinə çoxsaylı yanğınsöndürmə, xilasetmə və axtarış qrupları cəlb olunub. Ərazilərdə yanğınların lokallaşdırılması və sakinlərin təhlükəsiz bölgələrə təxliyəsi istiqamətində işlər davam etdirilir.

//Gülnarə Abasova, Editor.az