Litvada Kalininqradla bağlı sərt açıqlama: Rusiya bölgəni itirə bilərbackend

Litvada Kalininqradla bağlı sərt açıqlama: Rusiya bölgəni itirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvanın sabiq xarici işlər naziri Antanas Valyonis Rusiya ilə NATO arasında birbaşa hərbi qarşıdurma baş verəcəyi təqdirdə Kalininqrad vilayətinin Moskvanın nəzarətindən çıxa biləcəyini bildirib.

Valyonis bu barədə Litvanın Delfi portalına müsahibəsində danışıb. Onun sözlərinə görə, münaqişənin kəskinləşməsi halında Kalininqrad vilayətində yerləşən Rusiyanın hərbi infrastrukturu NATO qüvvələrinin ilk hədəflərindən biri ola bilər.
Sabiq nazir hesab edir ki, alyans Rusiyanın bölgədəki hərbi imkanlarını zəiflətmək məqsədilə qabaqlayıcı zərbələr endirə bilər.

O, belə bir ssenarinin müxtəlif platformalarda dəfələrlə müzakirə edildiyini və son dövrlərdə bu barədə daha açıq danışıldığını qeyd edib.

Kalininqrad vilayəti Rusiyanın əsas ərazisindən ayrı yerləşir və Litva ilə Polşanın arasında yerləşən strateji ərazi hesab olunur. Hər iki ölkə NATO üzvüdür.
Valyonisin açıqlaması NATO ilə Rusiya arasında mümkün qarşıdurma fonunda Kalininqradın hərbi-strateji əhəmiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

//Samir Qurbanov, Editor.az