Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacı oğlu Hacıyev qeyri-adi təyinatlara imza atıb.
Mia.az-a daxil olan mlumata əsasən, 5 prorektoru olan rektor bununla yetinməyib və o, həmin prorerktorlara da müşavirlər təyin edib.
Məlumatda iddia olunur ki, yeni müşavirlərin hər birinə 3 min manat aylıq maaş ödəniləcək.
Xatırladaq ki, akademiyada 5 prorektor var: Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Keyfiyyət təminatı və ömürboyu təhsil üzrə prorektor Rəfael Novruzov, Tələbələrlə iş üzrə prorektor Almaz Ələkbərova, Maliyyə və inzibati işlər üzrə prorektor Rizvan Əliyev, Ümumi işlər üzrə prorektor Taleh Qələndərli.
Xatırladaq ki, bui müddət əvvəl rektor Fuad Hacıyevin adı milyonluq villa və avtomobil alınmasında hallanıb.
İddia olunurdu ki, Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında dəyəri bir milyon manatı aşan yeni villa alıb. Bundan başqa, onun həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına 440 min manata son model 10 CN 394 dövlət nömrə nişanlı “Renc Rover” markalı avtomobili də aldığı yayılan xəbərlər arasındaydı..

