Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FIFA-nın təşkil etdiyi turnirləri boykot etmək planından geri çəkilməyə hazırlaşır.
Editor.az xəbər verir ki, Reuters xəbər verir ki, UEFA bu qərarı FIFA-dan dünya çempionatı və digər böyük turnirlərin kommersiya hüquqlarının özəl investorlara satılması ilə bağlı planların yenidən gündəmə gətirilməyəcəyinə dair təminat aldıqdan sonra qəbul edib.
İyul ayında UEFA-nın 55 üzvü FIFA-nın sözügedən təşəbbüsünə etiraz olaraq təşkilatın yarışlarında iştirakdan imtina etmək barədə yekdilliklə razılığa gəlmişdi. FIFA daha sonra mübahisəli planı geri çəkib.
UEFA rəsmilərinin boykot qərarının ləğv edilməsi məsələsini avqustun 27-də Monakoda keçiriləcək toplantıda müzakirəyə çıxaracağı gözlənilir.
Bununla belə, UEFA-nın FIFA prezidenti Gianni İnfantinoya qarşı mövqeyinin dəyişmədiyi bildirilir. Avropa futbol qurumu FIFA-da idarəetmə islahatlarının aparılmasını tələb etməyə davam edəcək.
Boykot təhlükəsinin aradan qaldırılması Polşada sentyabrın 5-də başlayacaq FIFA U-20 Qadınlar Dünya Çempionatında Avropa komandalarının iştirakına da yol açacaq.
//Samir Qurbanov, Editor.az

