Ermənistanın sabiq prezidenti həbsə göndərildibackend

Ermənistanın sabiq prezidenti həbsə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Milli.Az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Bildirilib ki, Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma ilə bağlı ittihamlar irəli sürülüb.

Hakim Sarkis Dadoyanın sədrliyi ilə keçirilən məhkəmə iclası ötən gün başlayıb. Gecə saatlarında Köçəryan həkimlərin göstərişi ilə xəstəxanaya yerləşdirilib. Buna görə də məhkəmə prosesinin onun iştirakı olmadan davam etdirildiyi qeyd olunub.

İstintaqın versiyasına görə, Köçəryan prezident olduğu dövrdə vəzifəsindən sui-istifadə edərək digər şəxslərlə əlbir olub və ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib.