İran Hörmüz boğazının açılması üçün ABŞ-a şərt qoydubackend

İran Hörmüz boğazının açılması üçün ABŞ-a şərt qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Hörmüz boğazının açılması üçün ABŞ-ın İslamabad Memorandumunun şərtlərinə əməl etməsini tələb edir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi Həsən Qaşqavi bildirib ki, Vaşinqton memorandum üzrə öhdəliklərini yerinə yetirməyənədək Hörmüz boğazı açılmayacaq.

İran tərəfinin mövqeyinə görə, ABŞ hərbi əməliyyatları dayandırmalı, İranın suverenliyinə hörmət etməli və memorandumda nəzərdə tutulan digər öhdəlikləri icra etməlidir. Memorandumun 5-ci bəndində isə İranın kommersiya gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidi üçün şərait yaratması nəzərdə tutulur.

Tehran daha əvvəl ABŞ-dan blokadanın aradan qaldırılmasını, İranın dondurulmuş aktivlərinin açılmasını və neftə tətbiq olunan məhdudiyyətlərin ləğvini də tələb edib.
İranın bu mövqeyi Hörmüz boğazında gəmiçiliklə bağlı vəziyyətin normallaşmasını ABŞ-İran münasibətlərindəki diplomatik prosesin nəticələri ilə əlaqələndirdiyini göstərir.

//Samir Qurbanov, Editor.az