Əraqçidən Bakıya mesaj: “Azərbaycan Tehran və Vaşinqton arasında gərginliyi azaldır”backend

Əraqçidən Bakıya mesaj: “Azərbaycan Tehran və Vaşinqton arasında gərginliyi azaldır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi Tehran və Vaşinqton arasındakı diplomatik təmaslarda regional ölkələrin, xüsusilə Azərbaycanın oynadığı rolu yüksək qiymətləndirib.

Bu barədə nazir İRAN (IRNA) rəsmi dövlət agentliyinə müsahibəsində bildirib.

Əraqçinin sözlərinə görə, Azərbaycan və bölgənin digər dövlətləri gərginliyin azaldılması və tərəflər arasında danışıqlar mühitinin dəstəklənməsi istiqamətdə aktiv səylər göstərirlər. Nazir vurğulayıb ki, hazırda İran region ölkələri ilə sıx məsləhətləşmələr aparır:

“Bölgə dövlətləri gərginliyin azaldılması prosesinə mühüm töhfə verirlər. Bir sıra ölkələrin liderləri şəxsən prezident Məsud Pezeşkianla telefon əlaqəsi saxlayaraq danışıqların gedişini və regional sabitliyi müzakirə ediblər”.

Xarici işlər naziri həmçinin qeyd edib ki, Tehran təkcə qonşuları ilə deyil, həm də strateji tərəfdaşları olan Pekin və Moskva ilə də daim təmasdadır. O, Çin və Rusiya ilə danışıqların gedişatı barədə müntəzəm məsləhətləşmələrin davam etdiyini diqqətə çatdırıb.

Musavat.com