Sinqapurda tanınmış aktyor Uilfred Li müəmmalı şəraitdə dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mothership” məlumat yayıb.
Hadisə ilə bağlı məlumatı sentyabrın 5-də aktyorun qohumlarından biri sosial şəbəkədə paylaşıb. Bildirilib ki, gənc aktyor həmişəki kimi yatmağa gedib, lakin təəssüf ki, bir daha oyanmayıb.
Linin ölüm səbəbi açıqlanmayıb. Nə onun yaxınları, nə də səlahiyyətli qurumlar hadisənin hansı şəraitdə baş verdiyini bildiriblər. Aktyorun 26 yaşı olub.
Qeyd edək ki, Uilfred Li Sinqapur Politexnik İnstitutunda dram və psixologiya ixtisası üzrə təhsil alıb. O, əsasən teatrda fəaliyyət göstərib və “Long Nose” (“Uzun burun”) və “Fat Kids Are Harder to Kidnap” (“Kök uşaqları qaçırmaq daha çətindir”) adlı məşhur müzikllərdə rol alıb.
Bundan əlavə, Li reklam çarxlarında çəkilib və Sinqapurun məşhur turistik məkanları və otelləri barədə videolar hazırlamaqla məşğul olub.

