Səudiyyə Ərəbistanına raket zərbələri endirilib: İtkilər var – VİDEObackend

Səudiyyə Ərəbistanına raket zərbələri endirilib: İtkilər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanının cənubundakı bir neçə obyektə hücum edilib, itkilər var.

Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Ernergetika Nazirliyi “X” hesabında məlumat yayıb.

Bildirilib ki, hücumlar nəticəsində baş verən yanğınlar səbəbindən bir neçə obyektdə işlər dayandırılıb. Hakimiyyət orqanları hadisənin fəsadlarını aradan qaldırmaq üçün çalışır.

Bundan başqa ərəb koalisiyasının rəsmi sözçüsü, briqada generalı Turki əl-Malikiyə istinadən yayılan məlumatlarda qeyd olunub ki, “Ənsar Allah” qruplaşmasının Səudiyyə Ərəbistanındakı şəhərlərə hücum etməsi nəticəsində 73 nəfər yaralanıb. Əbha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərindəki mülki və iqtisadi obyektlər hədəfə alınıb. Xəsarət alanlar arasında qadın və uşaqlar da var. Bildirilib ki, koalisiya komandanlığı husilərə qarşı mübarizə aparmaq üçün bütün zəruri tədbirləri görəcək.