ANAMA sədrindən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞbackend

ANAMA sədrindən beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycana göstərilən dəstəyin həcmi minalardan təmizləmə prosesinə sərf olunan vəsaitin 5 faizindən az hissəsidir”.

Bunu Editor.az-a açıqlamasında Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

“Bu yaxınlarda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında bildirmişdim ki, 2020-ci ilin noyabr ayından etibarən ölkədə humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları həcmində vəsait ayrılıb. Bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin edilib, qalan hissəsi isə Azərbaycan hökuməti tərəfindən qarşılanıb. Sözsüz ki, biz çağırışlar edirik, gözləntilərimiz var. Bu, bizim üçün humanitar həmrəylik məsələsidir. Ümidliyik ki, dəstəyin həcmi artacaq. Hələ ki, bununla bağlı müsbət addım yoxdur”, – o əlavə edib.